Filippində gəmi yanğınında 7 nəfər həlak olub

Filippində gəmi yanğınında 7 nəfər həlak olub
# 23 may 2022 08:27 (UTC +04:00)

Filippin sahillərində gəmidə baş verən yanğın nəticəsində azı 7 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə ölkənin sahil mühafizə xidməti məlumat verib.

Qeyd olunur ki, Polilo adasından Luson adasına yola düşən gəminin göyərtəsində 124 sərnişin və 10 heyət üzvü olub. Xilasedicilər yanan gəmidən 120 nəfəri xilas edə bilib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. İtkin düşən 7 nəfərin axtarışları davam edir.

Yanğın gəminin sahilə çatmasına 1 km qalmış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR