Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır

Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır
# 16 may 2022 13:37 (UTC +04:00)

Hindistanın şimalında anomal istilər müşahidə olunur.

APA-nın BBC-yə istinadən xəbərinə görə, Dehlidə havanın temperaturu Selsi şkalası üzrə 49,2 dərəcəyə çatıb.

Bunun mart ayından sonra ölkədə 5-ci isti hava dalğası olduğu bildirilir.

Son günlərdə xüsusilə də Himaçal Pradeş, Haryana, Uttaraxand, Pəncab və Bihar əyalətlərində havanın temperaturunun artdığı müşahidə edilib.

Hindistanın Hidrometeorologiya Departamenti bəzi bölgələrdə temperaturun 2-4 dərəcə düşə biləcəyini, lakin ümumən ölkədə kəskin isti havaların davam edəcəyini açıqlayıb.

Ölkə rəsmiləri bir sıra bölgələrdə temperatur yüksəlməyə davam edəcəyindən insanları tədbirli davranmağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR