Hindistanda yaşayış binasında yanğında 7 nəfər ölüb

Hindistanda yaşayış binasında yanğında 7 nəfər ölüb
# 22 yanvar 2022 10:32 (UTC +04:00)

Hindistanın Mumbay şəhərində 20 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 7 nəfər həlak olub, 15 nəfər yaralanıb.

APA-nın Hindistan mediasına istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Tardeo adlanan hissəsində baş verib.

Yanğın baş verən əraziyə 13 yanğınsöndürən maşın, su maşınları və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilib.

Rəsmilərin sözlərinə görə, yanğın yerli vaxtla 07:30-da binanın 18-ci mərtəbəsində başlayıb, hadisənin səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR