Hulusi Akar Suriya ilə sərhədə gedib

Hulusi Akar

© APA | Hulusi Akar

# 03 dekabr 2021 18:12 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gedib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, Akarla yanaşı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz Suriya ilə həmsərhəd Hatay bölgəsinə gediblər.

Müdafiə naziri və generallar Suriya ərazisində xidmət çəkən hərbi birləşmələrin rəhbərliyi ilə videokonfrans vasitəsilə danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR