İran ABŞ-a nota verib

İran ABŞ-a nota verib
  • Clock-gray 12:34
  • calendar-gray 18 Sentyabr 2019

İran ABŞ-a etiraz notası verib. 

APA-nın Tehran bürosunun məlumatına görə, etiraz notası İsveçrə səfirinə təqdim edilib. 

Notada Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin obyektlərinə edilən hücumda İranın rolunun olmadığı bildirilib və bu məsələ təkzib olunub. 

Qeyd olunub ki, İran əleyhinə hər hansı bir addım atılarsa, ölkə tez bir zamanda buna cavab verəcək. 

Xatırladaq ki, İsveçrə səfiri Tehranda həm də ABŞ-ın maraqlarını müdafiə edir.  

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ da hücuma görə İranı ittiham edib.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date