İranda iki deputat saxlanılıb

İranda iki deputat saxlanılıb
  • Clock-gray 22:26
  • calendar-gray 22 Avqust 2019

İran parlamentinin iki deputatı həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib.

Saxlanılan deputatların adını açıqlamayan Q.İsmaili bildirib ki, onların adları avtomobil istehsalı şirkətinin məhsullarının satışı ilə bağlı açılmış cinayət işində hallanır. O, qeyd  edib ki, saxlanılan iki deputatın zaminə buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib, lakin onlar zaminə buraxılmaq üçün lazım olan girovu təmin edə bilmədikləri üçün həbs olunaraq təcridxanaya göndəriliblər.

Q.İsmaili deyib ki, deputatlar zaminə çıxmaq üçün lazım olan girovu təmin edərlərsə, istintaq dövründə məhkəmə qərarına kimi azad olunacaqlar. Xəbərdə deputatların ittihamı ilə bağlı açıqlama verilməyib.

İran parlamentinin deputatların hərəkətlərinə nəzarət heyətinin üzvi Əlirza Səlimi saxlanılanların Zəncan əyalətindən olan deputat Firudin Əhmədi və Əbhər şəhərindən olan deputat Məhəmməd Əzizi olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün saxlanılan deputatlar Evin həbsxanasındadır. Onların parlamentin sənaye və mədənlər komissiyasının üzvləri olduğu bildirilir.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date