İndoneziyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb

İndoneziyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb
# 18 yanvar 2023 05:35 (UTC +04:00)

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 144 min nəfər əhalisi olan Qorontalo şəhərindən 77 km cənub-şərqdə yerin 145 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR