İran AEBA-nın quraşdırdığı 2 kameranın fəaliyyətini dayandırıb

İran AEBA-nın quraşdırdığı 2 kameranın fəaliyyətini dayandırıb
# 08 iyun 2022 16:57 (UTC +04:00)

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) quraşdırdığı 2 kameranın fəaliyyətini dayandırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran bunu AEBA-nın bu ölkəyə qarşı atdığı addımın qarşılığında edib.

İranın Atom Enerjisi Təşkilatı bildirib ki, AEBA indiyədək İranın geniş əməkdaşlığına görə minnətdarlıq etməyib və bunu bir növ İranın vəzifəsi hesab edib: “Bu gündən OLEM ölçülməsi üçün "Safeguards"dan kənar quraşdırılan iki kameranın fəaliyyəti dayandırılır. Bu haqda AEBA-nın aidiyyəti məsul şəxslərinə məlumat verilib”.

Qeyd olunub ki, İranda AEBA tərəfindən quraşdırılan kameraların 80 faizi “Safeguards” çərçivəsində quraşdırılıb və həmin kameralar öncədən olduğu kimi fəaliyyət göstərir.

İranın Atom Enerjisi Təşkilatından başqa tədbirlər də görəcəklərini bildiriblər: “Ümid edirik ki, lazımi nəticə çıxaracaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR