İran həbsxanalarında ötən ay ən azı 142 nəfər edam edilib

İran həbsxanalarında ötən ay ən azı 142 nəfər edam edilib
# 01 iyun 2023 16:26 (UTC +04:00)

İran İnsan Haqları Təşkilatı ötən ay İran həbsxanalarında ən azı 142 nəfərin edam edildiyini açıqlayıb.

APA xəbər verir ki, təşkilatın hesabatına əsasən, bu 2015-ci ildən bəri ən yüksək aylıq göstəricidir.

Qeyd olunub ki, 2023-cü ildə ən azı 307 nəfər edam edilib.

2023-cü ilin ilk 5 ayında edamların sayının ötən ilin eyni dövrü ilə müqayisədə 76% artdığı bildirilib.

Təşkilat edamların artması ilə bağlı beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və İran İslam Respublikasına qarşı daha ciddi tədbirlər görməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR