Bank Of Baku

İran XİN başçısı ABŞ-la razılaşmanı mümkün sayır

Hüseyn Əmir Abdullahiyan

© APA | Hüseyn Əmir Abdullahiyan

# 04 aprel 2022 18:47 (UTC +04:00)

Əgər Ağ Ev səmimi davranış sərgiləsə, sazişin əldə olunması mümkündür.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz “Twitter” hesabında yazıb.

Vyanada aparılan nüvə müzakirələrinin dayanmasına toxunan Hüseyn Əmir Abdullahiyan müzakirələrdə fasilə elan olunmasına görə ABŞ-ı təqsirləndirib: “Xarici İşlər Nazirliyi xalqın mənafeyini qoruyur və “qırmızı xət”lərə tam gücü ilə, məntiqlə əməl edir. Heç vaxt ABŞ-ın tələblərini qəbul etməyəcəyik. Əgər Ağ Ev səmimi davranış sərgiləsə, saziş əldə etmək mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR