İran XİN başçısı: “Tranzit yollarının möhkəmlənməsi regionun inkişafı üçün vacib faktordur”

İran XİN başçısı: “Tranzit yollarının möhkəmlənməsi regionun inkişafı üçün vacib faktordur”
# 31 avqust 2022 15:36 (UTC +04:00)

“Tranzit yollarının möhkəmlənməsi regionun inkişafı üçün vacib faktordur”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrova danışıqlarının yekunlaırna dair birgə mətbuat konfransında bildirib.

“Hesab edirik ki, tranzit yollarının möhkəmlənməsi, o cümlədən Şimal-Cənub dəhlizinin fərqli və diversifikasiyalaşdırılmış xətləri regionun inkişafı, eləcə də regionda ərzaq təhlükəsizliyinə yardım üçün vacib faktordur. Ümid edirik ki, tezliklə bütün üçtərəfli yollar aktivləşəcək”, deyə iranlı diplomat vurğulayıb.

O, ölkəsinin Rəşt-Astara dəmir yolunu inşa olunmamış hissəsini bitirməyə hazır olduğunu da söyləyib: “Bu xəttin sona çatdırılması Moskva ilə Tehran arasında razılaşmanın predmeti olub. Bizim ekspertlərimiz bu məsələ ilə məşğuldurlar. İran tərəfi də bu məntəqənin birinci hissəsinin inşaasına ciddi başlayıb”.

Abdullahian qeyd edib ki, İran imtiyazlı geosiyasi mövqeyə malikdir. " Biz Şimal-Cənub daxil olmaqla tranzit marşrutlarının gücləndirilməsini regionun inkişafına kömək edən və qida zəncirinin təhlükəsizliyinin təmin olunmasına kömək edən mühüm amil hesab edirik. Ümid edirik ki, hər üç marşrut aktivləşdiriləcək. Qərb dəhlizinə gəlincə, biz Rəşt-Astarxan dəhlizini də istismara verməyə hazırıq, bu dəhliz İran və Rusiya tərəfindən razılaşdırılıb və bu layihənin birinci mərhələsinin tikintisi gündəmdədir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR