İranda avtobus aşıb, ölənlər var

İranda avtobus aşıb, ölənlər var
# 06 may 2022 21:15 (UTC +04:00)

İranda avtobusun dərəyə aşması insan tələfatına səbəb olub

APA-nın Tehran bürosunun məlumatına görə, Xuzestan əyalətinin İzə bölgəsində turistləri daşıyan avtobus dərəyə aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Avtobusun dərəyə aşması nəticəsində sərnişinlərdən bir neçə nəfər nəqliyyat vasitəsinin altında qalıb. Onların xilasetməsi çətinliklə həyata keçirilib. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR