İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb
# 30 may 2022 09:15 (UTC +04:00)

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, binanın dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb.

İranın daxili işlər naziri Əhməd Vəhidi dağıntılar altında çox sayda insanın olduğunu və ölənlərin sayının artacağını bildirib.

Qeyd edək ki, mayın 23-də Xuzestan əyalətinin Abadan şəhərində tikilməkdə olan 10 mərtəbəli ticarət mərkəzinin binasının bir hissəsi çöküb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR