İranda F-14 qəzaya uğrayıb

İranda F-14 qəzaya uğrayıb
# 18 iyun 2022 12:58 (UTC +04:00)

İranda qırıcı təyyarə qəzaya uğrayıb.

APA-nın Tehran bürosu xəbər verir ki, İran Silahlı Qüvvələrinin F-14 tipli təyyarəsi bu gün səhər İsfahan şəhərində qəzaya uğrayıb.

Qəzaya təyyarədə yaranmış texniki nasazlığın səbəb olduğu bildirilir.

Təyyarənin pilotu və onun köməkçisi yaralanıblar.

Onlar xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR