İranda jurnalist həbs edilib

Mustafa Cəfəri

© APA | Mustafa Cəfəri

# 13 avqust 2022 10:29 (UTC +04:00)

İranın İLNA xəbər agentliyinin Qəzvindəki əyalət ofisinin rəhbəri və "QəzvinTitr" xəbər saytının direktoru Mustafa Cəfəriyə iki il həbs və iki il media fəaliyyətindən kənarlaşdırma cəzası verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntüsünə görə Qəzvin Tibb Elmləri Universitetinin şikayəti əsasında Mustafa Cəfəriyə qarşı cinayət iş açılıb və o, “yalan məlumat yaymaq” maddəsi ilə cəzalandırılıb.

Qeyd edək ki, “yalan məlumat yaymaq” adətən İran məhkəmələrində tənqidçilər, o cümlədən media fəalları tərəfindən tənqidi və ya ifşaedici ifadə, yazılara görə qaldırılan ittihamdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR