İranda keçmiş qadın polis şübhəli şəkildə vəfat edib - FOTO

İranda keçmiş qadın polis şübhəli şəkildə vəfat edib - FOTO
# 05 iyun 2023 23:46 (UTC +04:00)

İran rejimi etirazlara dəstək verən keçmiş polis məmuru Mənsurə Seqvandın ürək tutmasından öldüyünü iddia edib.

APA xəbər verir ki, IRNA xəbər agentliyi İlam vilayəti rəsmilərinə istinadla onun ürək tutmasından öldüyünü bildirib. Məlumata görə, qadının meyiti üzərində hər hansı zorakılıq əlamətinə rast gəlinməyib.

Qeyd edək ki, Mənsurə Seqvand şəxsi “Instaqram” səhifəsində paylaşım edərək rejimə qarşı etirazçıların yanında olduğunu bildirmişdi: “Mən Xürrəmabad polisinin fəxri üzvü kimi çalışmışam. Lakin silahlı qüvvələrlə heç bir əməkdaşlığım olmayacaq və qürurla həmyerlilərimin yanında olacağam”.

Sosial şəbəkələrin İran seqmentində yayılan məlumatlara görə, keçmiş polis əməkdaşı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Bildirilib ki, o təhlükəsizlik qüvvələri tərəfindən güclü təzyiqlərə məruz qalıb.

Ötən həftə həbs edilən Seqvand bir neçə gün sonra sərbəst buraxılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR