İranda Omicron dominant ştam olub

İranda Omicron dominant ştam olub
# 24 yanvar 2022 12:28 (UTC +04:00)

İranda koronavirusa yoluxam hallarında Omicron ştamı üstünlük təşkil edir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın COVID-19-la Mübarizə Milli Elmi Komitəsinin Epidemiologiya və Araşdırma Komitəsinin katibi Məsud Yunisyan deyib.

O bildirib ki, ölkədə koronavirusa yoluxma hallarının 50%-dən çoxu Omicron ştamına aiddir və beləliklə Omicron ştamının ölkədə üstünlük təşkil etdiyini söyləyib.

"Ötən iki həftə ərzində ölkədə koronavirusa yoluxanların sayı gündəlik 10-12 faiz artıb", - deyə Yunisyan əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR