İranda terrorçu həbs edilib

İranda terrorçu həbs edilib
# 17 avqust 2022 18:46 (UTC +04:00)

İranda transsərhəd fəaliyyət göstərən terrorçu həbs edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Bildirilir ki, həbs olunan terrorçu ən təcrübəli və təhlükəli terrorçudur.

Onun sərhəddən kənar bir sıra əməliyyatlar həyata keçirdiyi bildirilib. Həbs olunan şəxsin kimliyi, nə zaman və harada tutulduğu barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR