İranda yol qəzasında Əfqanıstan vətəndaşları həlak olub

İranda yol qəzasında Əfqanıstan vətəndaşları həlak olub
# 29 aprel 2022 00:46 (UTC +04:00)

İranda yol qəzasında 5 Əfqanıstan vətəndaşı həlak olub.

APA-nın Tehran bürosunun məlumatına görə, Qəzvin magistral yolunda minik avtomobili ilə yük maşını toqquşub.

Qəza nəticəsində 5 nəfər həlak olub, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin hamısı Əfqanıstan vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR