İranın AEBA-da yeni daimi nümayəndəsi təyin edilib

Səfir Möhsün Naziri Asal

© APA | Səfir Möhsün Naziri Asal

# 29 iyul 2022 17:37 (UTC +04:00)

Səfir Möhsün Naziri Asal İran İslam Respublikasının BMT-nin Vyana ofisində, eyni zamanda, İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (AEBA) yeni daimi nümayəndəsi təyin edilib.

APA-nın Tehran bürosu xəbər verir ki, bununla bağlı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian təklif irəli sürüb, Prezidenti İbrahim Rəisi isə təklifi təsdiq edib.

Qeyd edək ki, Naziri beynəlxalq hüquq üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir və İran İslam Respublikasının BMT-nin Cenevrədəki Avropa qərargahındakı səfiri və keçmiş daimi nümayəndəsi vəzifəsində, habelə bir neçə missiyada çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR