İranın Atom Enerjisi Təşkilatı: Atom bombası yaratmaq üçün texniki imkanlarımız var

İranın Atom Enerjisi Təşkilatı: Atom bombası yaratmaq üçün texniki imkanlarımız var
# 01 avqust 2022 11:36 (UTC +04:00)

İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin belə bir proqram gündəmdə deyil.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, bu ittihamlar ictimai rəyi aldatmaq üçün edilir: “İran öz yolunu tapıb və öz planları ilə irəliləyir”.

O, İranın Atom Enerjisi Təşkilatı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin qarşılıqlı fəaliyyətinə toxunaraq deyib ki, konstruktiv qarşılıqlı fəaliyyət qurulub və bu qarşılıqlı fəaliyyətdə heç bir pozulma olmayıb: “Çünki bizim bütün imkanlarımız NPT müqaviləsi əsasında Agentliyin nəzarəti altında həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR