İraq İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirib

İraq İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirib
# 14 yanvar 2023 20:39 (UTC +04:00)

İraq İran və Türkiyə ilə sərhəddə daxili qoşunların 6000-dən çox hərbçisini yerləşdirib.

APA-nın məlumatına görə, bu barədə İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari məlumat verib.

“Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirmişik”, - deyə nazir “Al Hadath” telekanalına müsahibəsində bildirib. "İraqın sərhədləri qırmızı xəttdir və biz onun təhlükəsizliyini təmin etmək üçün heç bir şey dayandırmayacağıq", - daxili işlər naziri bildirib.

Əl-Şəmmari əlavə edib ki, bu yaxınlarda Suriya ilə sərhəddə 650 km uzunluğunda divar çəkilib və İraq sərhədlərinin bütövlüyünü təmin etmək üçün müasir avadanlıqlar da alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR