İsrail hərbçilərinə İranla “istənilən ssenari”yə hazır olmaq əmr edilib

İsrail hərbçilərinə İranla “istənilən ssenari”yə hazır olmaq əmr edilib
# 28 avqust 2022 17:38 (UTC +04:00)

İsrail Baş naziri Yair Lapid İsrail Müdafiə Ordusuna və kəşfiyyat xidməti MOSSAD-a İran ətrafında situasiyanın istənilən inkişaf ssenarisinə və mümkün nüvə razılaşmasına hazır olmağı tapşırıb.

APA-nın xəbərinə görə, Y. Lapid “Tvitter” səhifəsində yazıb ki, İsrailin təhlükəsizliyini müdafiə etmək üçün hərəkətə keçməyə hazır olacaqlar.

Baş nazir qeyd edib ki, amerikalılar, bütün dünya bunu başa düşür və İsrail cəmiyyəti də bunu bilməlidir. Y. Lapid İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu da xatırladıb: “Bu, pis razılaşma idi. Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”.

Y. Lapid İsrail üçün əsas prioritetin İranla yeni nüvə razılaşmasına qarşı çıxmaq olduğunu vurğulayıb: “Biz ilk gündən ABŞ-la strateji münasibətlərimizə ziyan vurmadan bütün gücümüzlə bu razılaşmaya qarşı mübarizə aparmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR