İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb

İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb
# 14 may 2022 08:00 (UTC +04:00)

Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub.

APA “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.

Zərbədən sonra kənddə yanğın başlayıb.

Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR