İranın Xuzistan əyalətində zəlzələ olub

İranın Xuzistan əyalətində zəlzələ olub
# 24 sentyabr 2019 12:10 (UTC +04:00)

İranın Xuzistan əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yerli vaxtla səhər saat 10:54-da baş vermiş zəlzələnin episentri əyalətin İzə bölgəsidir.

Zəlzələ yerin 11 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində insan itkisi və ya dağıntının olması barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR