JPost: İordan çayının qərb sahilində yeni radikal qrup yaranıb

JPost: İordan çayının qərb sahilində yeni radikal qrup yaranıb
# 26 mart 2023 14:32 (UTC +04:00)

Fələstinin yeni radikal silahlı qruplaşması İordan çayının qərb sahilində fəaliyyətə başladığını elan edib.

APA xəbər verir ki, bu barədə bazar günü The Jerusalem Post məlumat yayıb.

Məlumata görə, qrup İordan çayının qərb sahilinin şimal hissəsindəki Salfit şəhərində yaradılıb və “Şəhid Ömər Əbu Leylanın batalyonu” adlandırılıb.

Qəzet xatırladır ki, adı çəkilən Əbu Leyla 2019-cu ilin martında İordan çayının qərb sahilində iki israillini - bir əsgər və bir ravvini öldürüb və qısa müddət sonra İsrail ordusu tərəfindən məhv edilib. O zaman Əbu Leylanın 19 yaşı olub, hadisədən sonra fələstinlilər onu şəhid kimi tanıyıb.

“The Jerusalem Post” qeyd edir ki, bu yaxınlarda Qərb Sahilinin müxtəlif yerlərində, xüsusən də onun şimal hissəsindəki Nablus və Cenin şəhərləri ərazisində oxşar qruplar yaranıb. Nəşrin məlumatına görə, Fələstinin müxtəlif iri təşkilatları, o cümlədən FƏTH, HƏMAS və İslami Cihadla əlaqəli onlarla yaraqlı onların sıralarına qoşulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR