KİV: Çin lideri Rusiyanın "Sibirin Gücü-2" layihəsini dəstəkləməkdən imtina edib

"Sibirin Gücü"

© APA | "Sibirin Gücü"

# 23 mart 2023 14:34 (UTC +04:00)

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyanın "Sibirin Gücü-2" qaz təchizatı layihəsini dəstəkləməkdən imtina edib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Nəşrin qeyd etdiyinə görə, bu qaz kəməri Monqolustandan keçərək Çinə keçməlidir və bununla da Rusiyanın itirdiyi Avropa bazarını qismən kompensasiya etməlidir.

“Çin liderinin Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putin görüş zamanı bütün işlərin görüldüyünü və demək olar ki, kəmərin hazır olduğunu deyib, lakin Cinpin qaz tədarükünü dəstəkləmək öhdəliyini üzərinə götürməkdən imtina edib. Pekin Rusiya qaz təchizatçılarından asılı olmaq istəmədiyini bildirib” – nəşr əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR