KXDR-də qızdırma hallarının sayı 2,2 milyon nəfəri keçib

KXDR-də qızdırma hallarının sayı 2,2 milyon nəfəri keçib
# 20 may 2022 04:00 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikasında qızdırma hallarının sayı 2,2 milyonu keçib.

APA Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, son sutkada 263 mindən çox yeni xəstə yoluxub, iki nəfər ölüb.

Ölənlərin ümumi sayı 65-ə çatıb. Mayın 19-na olan məlumata görə, 1,5 milyona yaxın xəstə sağalıb, 750 minə yaxınının müalicəsi davam etdirilir.

Bundan əvvəl KXDR pandemiyanın başlanmasından bəri ilk dəfə olaraq ölkədə koronavirusa yoluxma hallarının aşkar edildiyini bildirib. CTC-nin məlumatına görə, aprelin sonundan etibarən ölkədə naməlum qızdırma yayılmağa başlayıb.

Şimali Koreyanın bir sıra dövlət KİV-lərində yayılan məlumatlardan belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirus yayılır, lakin qızdırması olan xəstələrin hansı hissəsinin COVID-19-a yoluxması ilə bağlı dəqiq məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR