KXDR-də son sutkada 88 min nəfərdə qızdırma əlamətləri aşkarlanıb

KXDR-də son sutkada 88 min nəfərdə qızdırma əlamətləri aşkarlanıb
# 28 may 2022 08:10 (UTC +04:00)

Şimali Koreya səlahiyyətliləri son 24 saat ərzində ən azı 88,520 nəfərdə qızdırma əlamətləri aşkarlayıb.

APA xəbər verir ki, bu barədə “Yonhao” agentliyi məlumat yayıb.

Aprelin sonundan bəri koronavirusun yayılması fonunda belə halların ümumi sayı 3,36 milyonu ötüb.

Qızdırması olan xəstələrdən 3,15 milyon nəfər sağalıb, 203 mini müalicə olunur. Yeni ölüm halları ilə bağlı məlumat plmasa da onların sayı 69-dur.

\Gündəlik qızdırma əlamətləri olan xəstələrdə artım mayın 12-dən bəri ilk dəfə olaraq 100 mindən aşağı olub.

Cümə günü səlahiyyətlilər 100,460 yeni hadisənin olduğunu bildirdi. Gündəlik artım həftə ərzində azalmaya doğru gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR