Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edəcək.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
O bildirib ki, Sergey Lavrov həftəsonu Tehranda olacaq.
“İran Avrasiya və Qafqaz ölkələri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır”, - Xətibzadə qeyd edib.