Moskvada Rusiya və Pakistan XİN başçılarının görüşü keçirilib

Moskvada Rusiya və Pakistan XİN başçılarının görüşü keçirilib
# 30 yanvar 2023 13:55 (UTC +04:00)

Moskvada Rusiya və Pakistan xarici işlər nazirləri Sergey Lavrov və Bilaval Bhutto Zərdari arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, görüşdə çıxış edən Sergey Lavrov Rusiya və Pakistanın enerji sektorunda əməkdaşlığı genişləndirmək niyyətində olduğunu söyləyib.

"Moskva və İslamabadın ilk növbədə enerji sektorunda və iqtisadiyyatın digər sektorlarında ikitərəfli əməkdaşlığı qurmaq üçün qarşılıqlı istəyi var", - deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR