Mövlud Çavuşoğlu İrana səfər edəcək

Mövlud Çavuşoğlu, Türkiyə xarici işlər naziri

© APA | Mövlud Çavuşoğlu, Türkiyə xarici işlər naziri

# 08 mart 2023 13:21 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın vaxtda İrana səfər edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə İran tərəfi ilə energetika məsələsi daxil olmaqla, iqtisadi əlaqələrin genişlənməsini istəyir.

Bundan əlavə, Mövlud Çavuşoğlu Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə İrana təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR