NATO Baş katibi Cənubi Koreya və Yaponiyaya səfər edəcək

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 23 yanvar 2023 13:08 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş katib yanvarın 29-dan fevralın 1-dək Cənubi Koreya və Yaponiyada səfərdə olacaq.

“Yanvarın 29-i və 30-da Seulda Baş katib xarici işlər naziri Park Jin, milli müdafiə naziri Li Conq Sup və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. O, həmçinin CHEY İnstitutunda çıxış edəcək və Milli Qəbiristanlıqda əklil qoyma mərasimində iştirak edəcək. Baş katib yanvarın 30-dan fevralın 1-dək Tokioda Baş nazir Fumio Kişida və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. O, həmçinin Keio Universitetində çıxış edəcək”, - məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR