News18: Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri ölüb - YENİLƏNİB - 4

News18: Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri ölüb - YENİLƏNİB - 4
# 15 yanvar 2023 11:47 (UTC +04:00)

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

APA xəbər verir ki, bu barədə News18 telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

***

11:43

Nepalda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 30-dan çox adam ölüb, hadisə ilə bağlı məlumat dəqiqləşdirilir.

APA xəbər verir ki, bu barədə The Himalayan Times məlumat yayıb.

Son məlumatlara görə, qəza nəticəsində 32 nəfər həlak olub.

***

11:07

Bazar günü Nepalın qərbində Poxarada təyyarənin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər həlak olub.

APA xəbər verir ki, bunu Reuters-ə - ordu sözçüsü Krişna Bhandari deyib.

O deyib: "Biz daha çox cəsədlərin çıxarılmasını gözləyirik. Təyyarə hissələrə parçalanıb".

Nepalın Yeti Hava Yolları tərəfindən idarə olunan iki mühərrikli ATR 72 təyyarəsində iki körpə uşaq, dörd ekipaj üzvü və 10 əcnəbi vətəndaş da daxil olmaqla 72 nəfər olub – Bunları isə aviaşirkətin sözçüsü Sudarshan Bartaula bildirib.

***

10:35

Nepalda 68 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə "The Kathmandu Post" məlumat yayıb.

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

68 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi Nepalın Pokhara şəhəri yaxınlığında qəzaya uğrayıb. Bölgəyə çoxlu sayda qruplar göndərilərkən, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR