Pakistanda leysan nəticəsində 19 nəfər ölüb

Pakistanda leysan nəticəsində 19 nəfər ölüb
# 30 iyul 2022 16:25 (UTC +04:00)

Pakistanın bir neçə əyalətində qeydə alınan leysan yağışları nəticəsində 19 nəfər ölüb.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 9-u Bəlucistan əyalətində yaşayan bir ailənin üzvləridir. Daşqınlar nəticəsində əyalətdə 565 kilometr magistral yol dağılıb, kənd təsərrüfatı sahələri su altında qalıb. Baş verən fəlakət və qəzalarda 712 təsərrüfat heyvanı tələf olub. Güclü yağışlardan zərər çəkən 17 min 500 nəfər isə təhlükəsiz ərazilərə təxliyə edilib.

Məsul qurumlar vətəndaşlara 10 gün ərzində səyahət etməməyi tövsiyə edib.

Xayber-Paxtunxva əyalətində isə yağış zamanı evlərin damının çökməsi və seldə batma səbəbindən 10 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Ölkədə iyunun 14-dən indiyədək güclü yağışlar nəticəsində ölənlərin sayının 376-ya çatdığı bildirilir.


 
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR