Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.
APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, bununla bağlı türkiyəli nazir “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, qardaş Pakistanın Baş nazirinin Türkiyəyə bu mühüm səfəri əlaqələrə yeni rəng qatacaq.