Pxenyan Cənubi Koreyanı hədələyib

Kim E Çjon

© APA | Kim E Çjon

# 11 avqust 2022 07:26 (UTC +04:00)

Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.

APA-nın xəbərinə görə, Əmək Partiyasının sədr müavini Kim Yo Çjonun müvafiq bəyanatını Koreyanın rəsmi KSNA agentliyi yayıb.

“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə, biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik”, - deyə Kim Yo Çjon vurğulayıb.

Şimali koreyalı siyasətçi bildirib ki, ölkədə koronavirus cənubla sərhəd ərazilərdə başlayıb.

Qeyd edək ki, Kim Yo Çjon KXDR-in rəhbəri Kİm Çen Inın bacısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR