Qırğızıstanda Omicron ştamına ilk yoluxma qeydə alınıb

Qırğızıstanda Omicron ştamına ilk yoluxma qeydə alınıb
# 12 yanvar 2022 10:55 (UTC +04:00)

Qırğızıstanda COVID-19-un Omicron ştamına ilk yoluxma halları qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargahın açıqlamasında deyilib.

Son sutka ərzində koronavirusa yoluxduğu təsdiqlənən 465 nəfərdən ikisində Omicron ştamı aşkar olunub.

Pandemiya başlayandan bəri Qırğızıstanda 186 878 nəfər koronavirusa yoluxub, 2 823 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR