Qum qasırğası İraqda ciddi problemlər yaradıb

Qum qasırğası İraqda ciddi problemlər yaradıb
# 29 may 2022 08:42 (UTC +04:00)

İraqda qum qasırğasına görə məktəblər və dövlət qurumları bağlanıb.

APA-nın xəbərinə görə, apreldə başlayan qasırğa daha da intensivləşib.

İraq Səhiyyə Nazirliyinin məlumatına görə, mindən çox sakin tənəffüs problemlərinə görə xəstəxanaya yerləşdirilib.

Bağdad şəhərini qalın toz qatı bürüyüb. Paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Baş nazir bütün zəruri olmayan fəaliyyət sahələrində işin dayandırılmasına göstəriş verib. Bağdad, Nəcəf və Ərbil beynəlxalq aeroportlarında uçuşlar təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR