Rəisi: Suriyada təhlükəsizlik üçün İran-Türkiyə-Rusiya əməkdaşlığı zəruridir

Rəisi: Suriyada təhlükəsizlik üçün İran-Türkiyə-Rusiya əməkdaşlığı zəruridir
# 19 iyul 2022 23:20 (UTC +04:00)

Suriyanın suverenliyi və ərazi bütövlüyünün təmininin zəruriliyi bugünkü iclasda vurğulanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi Tehranda keçirilən Astana sammitindən sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, hər 3 ölkə terrorla mübarizənin zərurətini vurğulayıb. "Suriya və digər yerlərdə terrorçuların olması ilə bağlı mövcud narahatlıqlar bütün ölkələrin qətiyyətini tələb edir. Suriya xalqına humanitar yardım göstərilməsi, iqtisadi və dolanışıq problemlərinin həlli ilə bağlı da danışıqlarımız oldu".

O qeyd edib ki, Suriyada təhlükəsizliyin həyata keçirilməsi üçün İran, Türkiyə və Rusiya hökumətləri arasında əməkdaşlıq həmişə lazımdır. Astana formatı uğurlu olub və davam etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR