Şimali Koreya nəhəng yaylım atəş qurğusunun sınağını keçirib

Şimali Koreya nəhəng yaylım atəş qurğusunun sınağını keçirib
  • Clock-gray 10:47
  • calendar-gray 25 Avqust 2019

Şimali Koreya nəhəng yaylım atəş qurğusunu uğurla sınaqdan keçirdiyini bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Sınaq prosesində Şimali Koreya lideri Kim Çen İn iştirak edib. K. Ç. İn Şimali Koreya alimlərini uğurlu fəaliyyətləri münasibəti ilə təbrik edib və düşmən qüvvələr tərəfindən təhlükələrin qarşısının qətiyyətlə alınması üçün hərbi sənaye sahəsində fəaliyyətlərini davam etdirməyə çağırıb.

Qeyd edək ki, dünən  Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date