Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket atıb - VİDEO

Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket atıb - VİDEO
# 05 iyun 2022 05:59 (UTC +04:00)

Şimali Koreya yenidən Yapon dənizi istiqamətində ballistik raket ehtimal edilən cismin buraxılışını həyata keçirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yapon patrul gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə onlara yaxınlaşmamağa və dərhal müvafiq qurumlarla əlaqə saxlamağa çağırıb.

Xaatırladaq ki, ilin əvvəlindən Şimali Koreya on dəfədən çox silah sınağı keçirib.

Sonuncu mayın 25-də baş verib, Cənubi Koreya ordusunun məlumatına görə, biri qitələrarası olmaqla üç ballistik raket buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR