Şri-Lanka Prezidenti Qotabaya Racapaksanın istefası rəsmi şəkildə təsdiqlənib.
APA Şri-Lankanın “News First” xəbər portalına istinadən xəbər verir ki, bu barədə Kolomboda keçirdiyi mətbuat konfransında Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeivardena deyib.
“Qotabaya Racapaksa 2022-ci il iyulun 14-də vəzifəsindən rəsmən istefa verdi”, - spiker bildirib.
Parlamentinin sədri Şri-Lanka Prezidentinin imzaladığı istefa ərizəsini təqdim edib.