Suriya Prezidenti Ərəb Dövlətləri Liqasının sammitində iştirak edə bilər

Bəşər Əsəd, Suriya Prezidenti

© APA | Bəşər Əsəd, Suriya Prezidenti

# 07 may 2023 18:22 (UTC +04:00)

Suriya Prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək sammitində iştirak edə bilər.

APA-nın “Al Hadath” telekanalına istinadən verdiyi xəbərə görə, bunu bu gün Qahirədə Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında təşkilatın Baş katibi Əhməd Abu al-Qeyt bildirib.

Baş katib deyib ki, Bəşər Əsəd arzu edərsə, Ərəb Dövlətləri Liqasının növbəti sammitində iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR