Suriya sahillərində qayığın batması nəticəsində 71 miqrant həlak olub

Suriya sahillərində qayığın batması nəticəsində 71 miqrant həlak olub
# 23 sentyabr 2022 16:42 (UTC +04:00)

Suriya sahillərində miqrantları daşıyan qayığının batması nəticəsində 71 nəfər həlak olub.

APA BBC-yə istinadən xəbər verir ki, məlumatı Suriyanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, hadisə zamanı qayıqda livanlı, suriyalı və fələstinli miqrantlardan ibarət 120-150 nəfərin olduğu güman edilir. Onların arasında qadınlar və uşaqlar da olub. Sağ qalan 20 nəfərin Suriyanın Tartus şəhərində xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Qəzaya nəyin səbəb olduğu bilinmir. Hadisə ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Rəsmilər qayığın Tripoli yaxınlığındakı Minyeh şəhərindən Avropaya doğru yola çıxdığını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR