Suriya və İran birgə hərbi təlim keçirə bilər

Suriya və İran birgə hərbi təlim keçirə bilər
# 24 yanvar 2023 15:06 (UTC +04:00)

Suriyanın müdafiə naziri general-leytenant Əli Mahmud Abbas Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə olunub.

Suriya müdafiə naziri müqavimət cəbhəsini dəstəklədiyi üçün İran İslam Respublikasına təşəkkür edərək, bu dəstəklərin artırılmasını istəyib.

Görüşdə iki ölkə arasında birgə hərbi təlimin keçirilməsinin zəruriliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR