Tailandda neft tankeri partlayıb, 8 nəfər itkin düşüb - VİDEO

Partlayış

© APA | Partlayış

# 17 yanvar 2023 10:34 (UTC +04:00)

Tailandın Mae Klonq çayının Muanq bölgəsinə düşən hissəsində neft tankeri alovlanıb və partlayıb, 8 nəfər işçi itkin düşüb.

APA xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saatlarında “Smooth Sea 22” tankerində partlayışla bağlı polisə müraciət daxil olub.

Həmçinin əlavə olunub ki, partlayış bir neçə kilometr radiusda eşidilib və yaxınlıqdakı evlərin pəncərələri sınıb.

Hazırda gəmidəki yanğın nəzarət altına alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR