Taliban və İran sərhədçiləri arasında gərginlik yaranıb

Taliban və İran sərhədçiləri arasında gərginlik yaranıb
# 23 aprel 2022 17:50 (UTC +04:00)

İran və Əfqanıstan sərhəddində gərginlik yaranıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazimi deyib.

O bildirib ki, Taliban və İran sərhədçiləri arasında sərhəddə gərginlik yarandıqdan sonra Doğarun sərhəd-keçid məntəqəsi bağlanıb:

"Taliban bu gün heç bir razılaşma olmadan icazəsiz Doğarun sərhəd-keçid məntəqəsində yol çəkməyə başlayıb. Sərhədçilər sərhəd pozulduğu üçün bunun qarşısını alıblar."

O qeyd edib ki, Talibanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə əlaqə yaradılıb. Təkid olunub ki, bu addımlar dayandırılmalıdır və məsələlər hər iki ölkənin ali sərhəd komissiyasının qərarları çərçivəsində həll olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR