Talibanın Baş naziri müsəlman ölkələrini onların legitimliyini tanımağa çağırıb

Məhəmməd Həsən Axund

© APA | Məhəmməd Həsən Axund

# 19 yanvar 2022 12:24 (UTC +04:00)

Əfqanıstandakı Taliban hakimiyyətinin Baş naziri müsəlman ölkələrinə çağırış edib.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, Baş nazir Məhəmməd Həsən Axund Kabildə keçirilən mətbuat konfransında müsəlman ölkələrini Talibanı legitim hökumət kimi tanımağa çağırıb.

“Mən müsəlman ölkələrini liderliyi ələ almağa və bizi rəsmi olaraq tanımağa çağırıram. Ümid edirəm ki, bu zaman biz sürətlə inkişaf edə biləcəyik. Biz heç kimin köməyini istəmirik. Biz bunu rəsmilər üçün istəmirik. Biz bunu ictimaiyyətimiz üçün istəyirik”, - o bildirib.

Baş nazir, Talibanın sülh və təhlükəsizliyi bərpa edərək bütün lazımi şərtləri yerinə yetirdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR