TBMM qondarma “erməni soyqırımı”na dair qanun layihəsini geri qaytarıb

Dövlət Baxçalı

© APA | Dövlət Baxçalı

# 26 aprel 2022 12:30 (UTC +04:00)

“Təəssüf ki, Türkiyə Böyük Millət Məclisində də diaspora casusu var. Hansı ki, o, qondarma “erməni soyqırımı”na dair qanun layihəsini məclisə təqdim edib. Çox şükür ki, bu biabırçı qanun layihəsi geri qaytarılıb”.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

Onun sözlərinə görə, belə bir qanun layihəsini hazırlamaq türk millətinə, onun əcdadına qarşı təhqirdir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Qaro Paylan qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə qanun layihəsi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR